İtkin düşmüş 12 nəfərin axtarışları davam etdirilir – FOTO

Oni bələdiyyəsində torpaq sürüşməsi zonasında itkin düşmüş 12 nəfərin axtarışları davam etdirilir.

Bu barədə Parlamentin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.

O, əraziyə çox sayda texnika və insan resurslarının cəlb edildiyini, bu vaxta qədər 21 nəfərin meyitinin tapıldığını deyib.

Parlament sədri itkin düşənlərin tapılması üçün hər şeyin edildiyini vurğulayıb.