Ərdoğan: “PKK-dan, FETÖ və İŞİD-ə qədər bütün terrorçuların niyə üstümüzə hücuma keçdiyini bilirdik”
“PKK-dan, FETÖ və İŞİD-ə qədər bütün terrorçuların niyə üstümüzə hücuma keçdiyini bilirdik. Onların məqsədlərindən xəbərdarıq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim AK partinin (Ədalət və İnkişaf Partiyası) qurulmasının 22 illiyi münasibətilə videomüraciətində deyib.
O bildirib ki, Türkiyə iqtisadiyyatı üzərində qurulan oyunlardan da xəbərdardır:
“Bütün bu imtahanlardan alnıaçıq, üzüağ çıxdıq. İndi də imtahanla üz-üzəyik. Fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dağılmış binaların bərpasına çalışırıq”.