Ukrayna Baxmut istiqamətində Rusiyaya məxsus helikopteri vurub

Ukrayna hərbçiləri Baxmut istiqamətində Rusiyanın helikopterini vurub.

RealNews “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk məlumat yayıb.

“Ka-52” hücum helikopteri məhv edilib”, – N.Oleşuk bildirib.

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat isə telemarafonun efirində bildirib ki, Rusiya helikopteri zenit-raket kompleksinin köməyi ilə məhv edilib.