Gürcü qızın çılpaq şəkillərini yayan Türkiyə vətəndaşı saxlanılıb – VİDEO

Gürcüstan vətəndaşının çılpaq şəkillərini yaymaqda ittiham edilən Türkiyə vətəndaşı saxlanılıb.

Bu barədə Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Aparılmış istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs Gürcüstanda tanış olduğu gürcü qızla bir müddət birlikdə yaşayıb.

Onlar vaxtaşırı sosial şəbəkələr və müxtəlif internet proqramları vasitəsilə əlaqə saxlayıblar. Bu zaman təqsirləndirilən şəxs gizli şəkildə qızın çılpaq şəkillərini çəkib və ekran görüntülərini saxlayıb.

Zərərçəkmiş şəxslə münasibətə xitam verildikdən sonra isə təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi görüntülərdən ibarət video kollaj hazırlayaraq, qızın yaxınlarına göndərib.

Zərərçəkmiş şəxs məsələ ilə bağlı Xüsusi İstintaq Xidmətinə müraciət edib və sözügedən qurum məxfiliyi tam qorunmaqla istintaq-əməliyyat tədbirləri həyata keçirib.

Bundan sonra Türkiyə Respublikasının vətəndaşı 1992-ci il təvəllüdlü M.A. ssxlanılıb.

Məlumat üçün onu da bildirək ki, Baş Prokurorluq saxlanılan şəxsə qarşı Cinayət Məcəlləsinin 157-ci maddəsi ilə ittiham irəli sürüb.

Təqsirləndirilən şəxsi 4 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.