Türkiyə MN: Ötən həftə ölkə sərhədini pozmağa çalışan 9 FETÖ üzvü saxlanılıb

Ötən həftə ərzində Türkiyə sərhədini pozan 13 terrorçu, o cümlədən FETÖ terror təşkilatının 9 üzvü saxlanılıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ümumilikdə sərhədi pozmağa çalışan 179 şəxs saxlanılıb:

“3 min 76 şəxsin isə sərhədi pozmasının qarşısı alınıb. Beləliklə, il ərzində sərhədi qanunsuz şəkildə pozan 4 min 931 şəxs saxlanılıb. Onlardan 369-u terrorçu, 245-i isə FETÖ-çüdür”.