Almaniyadan yüzlərlə Gürcüstan vətəndaşı deportasiya edilib
2023-cü ilin ilk 6 ayında 7 831 nəfər Almaniyadan deportasiya olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27 % çoxdur.
RealNews “Deutsche Welle”yə istinadən xəbər verir ki, bu rəqəmləri hökumət Sol Partiyanın sorğusuna cavab olaraq açıqlayıb.
Bildirilib ki, ən çox deportasiya olunanların arasında Gürcüstan (705), Şimali Makedoniya (665) və Əfqanıstan (659) vətəndaşlarıdır.
Eyni zamanda 500 deportasiya cəhdi uğursuz alınıb. Buna daha çox ölkədən çıxarılanların müqaviməti, habelə pilot və ya aviaşirkətin daşınmadan imtina etməsi səbəb olub.
Hökumətin məlumatına əsasən iyunun 30-na olan vəziyyətə görə Almaniyada deportasiya olunacaq 279 098 nəfər var, ancaq onlardan, demək olar, 225 mininin möhlət (“Duldung”) hüququ var.
Bundestaqdakı “sol” fraksiyasının nümayəndəsi Klara Bünger deportasiya edilənlərin əksəriyyətinin Avstriyaya göndərildiyini, bunun Dublin razılaşması ilə əlaqəli olduğunu, buna görə qaçqın statusu üçün müraciət edənlərin Almaniyadan başqa Aİ ölkəsinə göndərilə biləcəyini söyləyib. Bünger hakimiyyətin hərəkətlərini tənqid edərək, deportasiyaların sayının artmasını “humanizmə və insanlığa hücum” kimi dəyərləndirib.