Messi futbol tarixinin ən titullu oyunçusu olub – FOTO

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi vurduğu 10 qolla Liqa Kubokunun bombardiri olub.

Hücumçu “Neşvill”lə final matçında (1:1, 10:9 pen) oyunun 23-cü dəqiqəsində hesabı açaraq onuncu qolu vurub.

Onun ən yaxın təqibçisi Bonqokul Hlonqvanın isə 7 qolu var.

Hücumçu üçün bu kubok, həm milli və həm də klub səviyyəsində qazanılan titulları hesablasaq, karyerasında 44-cü olub. Beləliklə, Messi tarixin ən titullu futbolçusu olub.

Qazanılan kubok “İnter Mayami” klubunun ilk tituludur.