Gürcüstana qanunsuz olaraq yarım milyon lari keçirmək istəyən şəxslər saxlanılıb
“Tbilisi Hava Limanı” və “Batumi Hava Limanı” gömrük-keçid məntəqələrində Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük əməkdaşları şübhə əsasında müxtəlif ölkə vətəndaşlarının həm fiziki, həm də şəxsi yüklərinə ətraflı baxış keçirərək, ümumilikdə bəyan edilməmiş: 10 785 avro, 169 300 ABŞ dolları və 3 320 şekel məbləğində pul aşkar edilib.
Bu barədə Gəlirlər Xidməti məlumat yayıb.
Milli Bankın məzənnəsinə əsasən bəyan edilməmiş pulun ümumi məbləği 478 117,52 lari təşkil edib.
Gürcüstan Gömrük Məcəlləsinin 169-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq qanunu pozan vətəndaşlar sanksiya qismində ümumilikdə 47 811,752 lari məbləğində cərimələnib.