Marneulidə dəhşətli qətl: Kişi həyat yoldaşı yatan zaman…

Marneuli Bələdiyyəsinin Sadaxlı kəndində kişi öz həyat yoldaşını qətlə yetirib.

Belə ki, avqust ayının 18-də kişi həyat yoldaşı yatan zaman onu bıçaqlayıb. İlkin məlumatlara görə qətli törədən şəxs oğluna da bıçaqla xəsarət yetirib.

Qeyd edək ki, təqsirləndirilən şəxs artıq polis tərəfindən saxlanılıb. Onun psixoloji problemləri olduğu bildirilir.

Hadisə ilə əlaqədar Gürcüstan Cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.