Prokrorluqdan Marneulidə baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı açıqlama
Gürcüstan Prokurorluğu Marneuli bələdiyyəsində baş vermiş qəsdən adam öldürmə faktı ilə bağlı bir nəfərə qarşı ittiham irəli sürüb.
Prokurorluqdan verilən məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, avqustun 19-da Sadaxlı kəndində kişi həyat yoldaşına bıçaqla xəsarət yetirib.
Zərərçəkən xəstəxanaya aparılanadək aldığı xəsarətlərdən dünyasını dəyişib.
Təqsirləndirilən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən elə həmin gün həbs edilib.
O, Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi (ailə üzvünə qarşı qəsdən adam öldürmə) ilə ittiham olunub. Həmin şəxsi 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.