“SOCAR” tələbələrin təhsil haqlarının ödənməsi ilə bağlı məlumat yayıb
2022-2023-cü tədris ilinin 2-ci semestri üçün təhsil haqqı ödəmələrinə müraciət 1-10 sentyabr tarixlərində ediləcək.
Bu barədə məlumatı SOCAR-ın Gürcüstan nümayəndəliyi yayıb.
Qeyd edilib ki, 1-10 sentyabr tarixlərində https://myscholarship.ge elektron saytı vasitəsilə tələbələr təhsil haqqının ödənməsi ilə bağlı müraciət edə bilərlər.
Məlumat üçün onu da bildirək ki, qeyd edilmiş tarixlərdə müraciət etməyən tələbələrin təhsil haqqı ödənilməyəcək.