BMT hakimi: “Britaniya qul ticarətinə görə 24 trilyon ABŞ dolları təzminat ödəməlidir”

“Böyük Britaniya transatlantik qul ticarətinə görə Karib hövzəsi ölkələrinə 24 trilyon ABŞ dolları məbləğində təzminat ödəməlidir”.

RealNews “The Guardian”a istinadən xəbər verir ki, bunu Beynəlxalq Ədalət Məhkəməsinin hakimi Patrik Robinson deyib.

“Onlar (Böyük Britaniya) insanın qeyri-humanistliyini simvolizə edən ən pis vəhşiliyə məhəl qoymamağa davam edə bilməz. Digər cinayətlərə görə təzminatlar ödənilib və bəşəriyyət tarixindəki ən dəhşətli vəhşiliyə – transatlantik qul əməyi sisteminə görə kompensasiya ödənilməsindən da tez müddətdə. İnanıram ki, Birləşmiş Krallıq təzminat ödənilməsi hərəkatı ilə mübarizə apara bilməyəcək. Tarix və qanun bunu tələb edir”, – P.Robinson bildirib.