Qızılhacılı sakini Urekidə dünyasını dəyişib
Marneuli bələdiyyəsinin Qızılhacılı kənd sakini Ureki kurort zonasında dünyasını dəyişib.
Belə ki, Urekiyə tətilə gedən S.İsmayılovanın yüksək təzyiqi olub. O, dənizə daxil olan zaman qəfil halı pisləşib.
Məlumata əsasən, təcili yardım briqadası ilə orta yaşlı qadın Poti şəhərindəki klinikaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.