Gürcüstanla Azərbaycan arasında gediş gəliş artıq…
Gürcüstanın “Geosky” aviaşirkətinin sərnişin istiqaməti “Georgian Wings” sentyabr ayının 6-dan etibarən Tbilisi-Bakı-Tbilisi hava marşrutu üzrə uçuşlara başlayacaq.
RealNews yerli mətbuata istinadən xəbər verir ki, uçuşlar həftədə üç dəfə olmaqla hər çərşənbə, cümə və bazar günləri olacaq. Qiymətlər barədə isə hələ ki, heç bir məlumat yoxdur.
Qeyd edək ki, “Georgian Wings” hal-hazırda Tbilisi-Batumi-Tbilisi marşrutu üzrə həftə ərzində 12 reys həyata keçirir.