Marneuli-Tbilisi magistralında ağır yol qəzası: Bir nəfərin qolu… – FOTO

Marneuli-Tbilisi magistralının Koda ərazisi yaxınlığında ağır yol nəqliyyat hadisəsi baş verib.

RealNews.ge xəbər verir ki, ötmə əməliyyatını uğursuz həyata keçirən “BMW” markalı avtomobilin sürücüsü qarşıdan gələn yük maşını ilə toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü və sərnişin ağır xəsarət alıb. Zərbənin təsirindən “BMW” markalı avtomobildə olan digər bir şəxsin isə qolu qopub.

Baş vermiş ağır yol qəzası səbəbindən Marneuli-Tbilisi və əks istiqamətdə avtomobillərin hərəkətində tıxac yaranıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.