Sairmedə yanğın baş verib, helikopterlər cəlb olunub

Bağdati və Sairme meşələrində yanğın baş verib.

RealNews.ge yerli mətbuata istinadən xəbər verir ki, hadisə yerinə canlı qüvvə, eləcə də 3 helikopter cəlb olunub.

Hal hazırda yanğının lokallaşdırıldığı və söndürmə işlərinin aparıldığı bildirilir.