ELAN: Qardabanidə ödənişsiz keçiriləcək kurslara qeydiyyat davam edir

Qardabanidə fəaliyyətə başlayan Təhsil və İnteqrasiya Mərkəzində ödənişsiz keçirləcək kurslara qeydiyyat davam edir.

Bu barədə RealNews-a mərkəzdən məlumat verilib.

Belə ki, Azərbaycan, Gürcü və İngilis dili, eləcə də musiqi kurslarına yaşı 10-dan yuxarı olan hər kəs qeydiyyatdan keçərək, sınaq imtahanında iştirak edə bilər.

Onu da bildirək ki, dərslər həftədə iki dəfə olmaqla, yanlız əyani (üzbəüz) formada keçirləcək.

Kurslara qeydiyyat sentyabr ayının 15-dək davam edəcək.

Qeydiyyatdan keçmək üçün qeyd edilən linkdəki qeydiyyat forumunu doldurmaq və ya mərkəzlə əlaqə saxlamaq mümkündür:

Əlaqə üçün:

+995 599 60 18 77 (WhatsApp)

centergardabanieducationandint@gmail.com

Ünvan: Qardabani şəhəri, Vağzal küçə. #21/a