Təbii fəlakət Gürcüstanda iki nəfərin həyatına son qoyub, axtarışlar davam edir – FOTO

Ozurqeti bələdiyyəsində davam edən axtarış tədbirləri nəticəsində 80 yaşlı qadının meyiti tapılıb. Bununla da təbii fəlakət nəticəsində dünyasını dəyişənlərin sayı 2 nəfərə çatıb.

RealNews.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, ötən gecə baş verən sürüşmə nəticəsində Silauri kəndində yaşlı qadının evi tamamilə dağılıb. Fəlakət zamanı qadının evdə tək olduğu bildirilir.

Məlumat üçün bildirək ki, ötən gecə yağan güclü yağış nəticəsində Quriya bölgəsində bir sıra problemlər yaranıb, evləri su basıb, ağaclar aşıb, torpaq sürüşməsi qeydə alınıb.

Xilasedicilər itkin düşən üç nəfərdən biri azyaşlı biri isə 80 yaşlı qadın olmaqla iki nəfərin meyitini tapsalar da, daha bir yeniyetmənin axtarışları davam etdirilir.