Salome Zurabişvilinin impiçmenti ilə əlaqədar bu gün Konstitusiya Məhkəməsinə müraciət ediləcək

“Gürcü Arzusu” partiyası Prezident Salome Zurabişvilinin impiçmenti ilə əlaqədar bu gün Konstitusiya Məhkəməsinə rəsmi şəkildə müraciət edəcək.

RealNews.ge xəbər verir ki, bu barədə partiyanın sədri İrakli Kobaxidze bildirib.

 

“Prezidentin konstitusiyanı kobud surətdə pozması cəzasız qalmayacaq”, – Kobaxidze deyib.

Qeyd edək ki, Prezident Salome Zurabişvili hökumətin razılığını almadan Avropaya səfər edərək bir sıra ölkələrin liderləri ilə görüşüb.