Gürcüstanda 1 ildir ki, asılı vəziyyətdə olan meyit tapılıb

Tuşeti bələdiyyəsinin Omalo kəndindəki evlərdən birinin zirzəmisində asılı vəziyyətdə kişi cəsədi aşkarlanıb.

RealNews.ge “Mtavari Arxi” telekanalına istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə baş verib. Məlumata görə, son iki il ərzində ölkə xaricində olan ev sahibi evinə baxış keçirərkən zirzəmidə cəsəd aşkarlayıb.

Bildirilir ki, cəsəd zirzəminin tavanından kəndirlə asılı vəziyyətdə olub. Güman edilir ki, insident bir il əvvəl baş verib və cəsəd xarici turistə aiddir.

Hadisə reyinə ekspert-kriminalistlər cəlb edilib, istintaq aparılır.