Türkiyədə hərbi helikopter qəzaya uğrayıb: 5 hərbçi həlak olub

Türkiyənin Eskişehir şəhərində təlim məqsədilə havaya qalxan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 5 hərbçi həlak olub.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Hazırda qəzanın başvermə səbəbi barədə araşdırma aparılır. Həlak olan hərbçilərin şəxsiyyəti dəqiqləşdirilir.

Bildirilib ki, AS-532 tipli helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb.

Məlumata görə, helikopterin qalıqları aşkarlanıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Bizi WhatsApp – da izləyin.