AZAL-dan ŞOK endirim: Tbilisi-Bakı biletinin qiyməti…

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) ən populyar istiqamətlərdən olan Tbilisiyə xüsusi aksiyaya başlayır. Bu təklif sərnişinlərə uçuşun rahatlığı və keyfiyyətindən, eləcə də münasib qiymətlərdən istifadə etmək üçün unikal imkan yaradır.

Belə ki, Tbilisiyə aviabiletin bir istiqamətə dəyəri cəmi 90 AZN-dən başlayaraq, gediş-gəliş isə 180 AZN-dən başlayaraq təklif edilir.

Xüsusi təklif 1 noyabr 2023-cü il – 29 fevral 2024-cü il tarixləri arasında aviabiletlər üçün keçərlidir.

Aviabiletləri “Azərbaycan Hava Yolları”nın www.azal.az saytından və ya aviaşirkətin rəsmi kassalarından əldə etmək mümkündür.