Tələbələrə şad xəbər: Bu borclar silinir…

Baş nazir İrakli Qaribaşvilinin qərarına əsasən ali məktəblərə olan borclarına görə statusları dayandırılmış tələbələrin qeyd edilən borcları silinəcək.

RealNews.ge xəbər verir ki, bu barədə Hökumət Administrasiyası məlumat yayıb.

Qeyd edilib ki, hazırda Universitetlərə olan borclarına görə 30 000-dək tələbənin statusu dayandırılıb.

Baş nazirin qərarı ilə tələbələrin 40 milyon larilik borcu tamamilə silinəcək.