Gecə saatlarında Marneulinin bu kəndlərində evlər daşlanıb

Gecə saatlarında Marneuli bələdiyyəsinin daha bir neçə kəndində evlərin damı daşlanıb.

RealNews.ge xəbər verir ki, bu barədə yerli kənd sakinləri bildiriblər.

Məlumata görə, ardıcıl olaraq Şulaveri və Daştəpə kəndələrində qeydə alınan hadisə, bir müddət sonra Algeti, Təzəkənd və Qaçağan kəndində, bir qədər sonra isə Lejbədinli kəndində qeydə alınıb.

Kənd sakinləri hadisədən sonra küçələrə çıxaraq axtarış etsələr də, heç bir nəticə əldə edə bilməyiblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olunub.