Marneulidə yol çöküb, vətəndaşlar narazıdır – FOTO

Marneuli şəhərinin Bakı küçəsində su borusu dağılıb və yol çöküb.

Yerli sakinlər hadisənin artıq 3 gündür baş verdiyini bildiriblər.

Onların sözlərinə görə, yerli icra orqanlarının nümayəndələri hadisə yerinə gəlib baxış keçiriblər. Belə ki, yolun bərbad vəziyyətdə olması səbəbilə uşaqlar məktəbə gedə bilmir, ehtiyac olduqda təcili tibbi yardım avtomobili əraziyə gələ bilmir. Vətəndaşlar içməli su probelmlərinin də olduğunu bildirirlər.