Tseretelinin kitabı Azərbaycan dilində nəşr olunub
Azərbaycanın Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Tseretelinin seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.
Tərcümə Mərkəzindən bildirilib ki, “Akaki Tseretelinin özü və sözü haqqında” adlı “Ön söz”lə açılan kitaba şairin Vətən, təbiət, həyat, ölüm, məhəbbət, eləcə də digər mövzularda qələmə aldığı “Son nəfəsdə”, “Müqəddəs Nino”, “Tərbiyəçi” poemaları, “Çal saçlar”, “Bahar”, “Sübh çağı”, “Coş, ey dəniz!”, “Arzu”, “Sirli namə”, “Yarasa”, “Xəncər” kimi şeirləri daxil edilib.
Akaki Tseretelinin yaradıcılığı Azərbaycanın dövri mətbuatında yayımlansa da, kitab halında yerli oxuculara ilk dəfə təqdim edilir.
Məlumat üçün onu da bildirək ki, kitabın “Ön söz”ünün, poema və şeirlərin orijinaldan tərcümə müəllifi – tanınmış şair-tərcüməçi İmir Məmmədli, redaktoru Şəfiqə Şəfadır.