Ləmbəlli kəndində 14 yaşlı qız həyat yoldaşı tərəfindən öldürülüb

Saqareco bələdiyyəsinin Ləmbəlli kəndində qətl hadisəsi baş verib.

RealNews.ge xəbər verir ki, 14 yaşlı qız qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı tərəfindən öldürülüb.

Məlumata görə, hadisə cinayəti törətməkdə ittiham edilən şəxsin qohumunun toyunda baş verib.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, istintaq Cinayət Məcəlləsinin ailə üzvünü qəsdən öldürməni nəzərdə tutan 11-ci prima 109-cu maddəsi ilə aparılır.