İsrail Qəzzadakı HƏMAS hədəflərinə irimiqyaslı zərbələr endirməyə başlayıb

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hədəflərinə irimiqyaslı zərbələr endirməyə başlayıb.

Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinin ərazisinə daxil olub. İsrail rəsmi şəkildə müharibə vəziyyətini elan edib.