İsrail Qəzzadakı hərbi əməliyyatların nə vaxtadək davam edəcəyini açıqlayıb

İsrail Qəzzadakı hərbi əməliyyatların nə vaxtadək davam edəcəyini açıqlayıb.

RealNews.ge xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant məlumat verib.

Onun sözlərinə görə, müharibə ərazidəki bütün yeraltı tunellər və HƏMAS silahlıları məhv edilənə qədər davam edəcək.

Britaniyanın “The Times” nəşri isə bu bəyanatlara əsasən iddia edir ki, İsrail Qəzzada güclü və ölümcül müharibəyə hazırlaşır.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 400 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.