14 yaşlı qızı öldürən şəxsin iki yaxın qohumu etiraf etdi

14 yaşlı Aytac Şahmarovanı qətlə yetirməkdə ittiham edilən 28 yaşlı Alim Sadiqovun əmisi və əmisi oğlu barədə həbs-qətimkan tədbiri seçilib.

Bu barədə Gürcüstan baş prokurorluğu məlumat yayıb.

Məlumata əsasən sözügedən şəxslər cinayət hadisəsi barədə polisə məlumat verməməkdə ittiham edilirlər və onlar təqsirlərini etiraf ediblər.

Ata və oğul barədə istintaq Cinayət Məcəlləsinin 376-cı maddəsi ilə başladılıb. Onları 7 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.