BMT-nin Qəzza zolağında ölən əməkdaşlarının sayı 35-ə çatıb

BMT-nin Qəzza zolağında ölən əməkdaşlarının sayı 35-ə çatıb.

Bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstin qaçqınları üçün yardım və iş Agentliyinin (UNRWA) mətbuat xidməti məlumat yayıb.

“Oktyabrın 7-dən bəri UNRWA-nın daha altı əməkdaşının öldürüldüyü təsdiqlənib”, – təşkilatın bəyanatında deyilir.

Bildirilir ki, münaqişə başlayandan indiyədək son 24 saat ərzində ikisi də daxil olmaqla, təşkilatın ümumilikdə 40 obyekti zədələnib.

Bundan əlavə, Qəzza zolağı boyunca təxminən 600 min qaçqın UNRWA-nın 150 obyektində məskunlaşdırılacaq.