Baş nazir Nikol Paşinyanla görüşüb
Baş nazir İraklı Qaribaşvili Tbilisidə erməni həmkarı Nikol Paşinyanla görüşüb.
Bu barədə Hökumət administrasiyası məlumat yayıb.
Bildirilib ki, tərəflər ölkələrarası münasibətləri və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Həmçinin regionda sülhün və sabitliyin qorunmasının zəruriliyi, iqtisadiyyat və ticarət sahələrində gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Ermənistan hökumətinin rəhbəri Tbilisidə keçirilən IV Beynəlxalq İpək Yolu Forumunda iştirak etmək üçün Gürcüstanda bir günlük səfərdədir.