Almaniyada 56 yaşlı gürcü qadın həbs edilib
Almaniyada turizm agentliyinin sahibi 56 yaşlı gürcü qadın Nürnberq məhkəməsində öz biznes fəaliyyətindən Almaniyaya qanunsuz yollarla gürcülərin gətirilməsi üçün istifadə etdiyini etiraf edib.
Yerli mətbuatın yaydığı məlumata görə, məhkəmə ona 3 il 4 ay azadlıqdan məhrumetmə cəzası verib.
İstintaq nəticəsində məlum olub ki, qadın saxta sənədlərin hazırlanması, uçuşların təşkili və iş yerlərinin tapılması ilə məşğul olub. Bu “xidmət” hər bir şəxs üçün 150-200 avro təşkil edib.
Bu işdə Nürnberqdəki restoranlardan birinin sahibi olan başqa bir qadın da olub. O, qeyri-leqal şəxsləri işə götürdüyü üçün 15 600 avro məbləğində cərimələnib.
Bizi WhatsApp – da izləyin.