Gürcüstan vətəndaşı rus işğalçıları tərəfindən saxlanılıb
Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal xəttində yerləşən Sinaquri kəndi yaxınlığında bir nəfər Gürcüstan vətəndaşını qanunsuz olaraq həbs ediblər.
RealNews.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, faktla bağlı dərhal “qaynar xətt” işə salınaraq, Avropa İttifaqının monitorinq missiyasına və Cenevrə beynəlxalq müzakirələrinin həmsədrlərinə məlumat verilib.
Qeyd edilib ki, qanunsuz olaraq həbs edilən vətəndaşların azad edilməsi istiqamətində bütün mövcud mexanizmlərdən istifadə edilir. Baş verənlərin məsuliyyəti isə tamamilə işğalçı rejimin üzərinə düşür.