Tibb tələbələrinin və sağlamlığının qeydinə qalanların nəzərinə

Sabah Alyans Gənclər Mərkəzinin təşkilatçılığı ilə, saat 15:00-da xroniki yorğunluq və stress fonunda qavramanın zəyifləməsi mövzularında seminar keçiriləcək.

Bu barədə Mərkəzdən məlumat verilib.

Qeyd edilib ki, günün çox saatını əhatə edən iş, təhsil qrafiki, stresli həyat və psixoloji təzyiqlər insan sağlamlığına mənfi təsir göstərir. Bu səbəbdən son illərdə rastgəlmə tezliyi artan xəstəliklər arasında olan xroniki yorğunluq hər zaman yorğun və bədbəxt hiss etmək, istirahət etdikdən sonra da özünü yaxşı hiss etməmək kimi problemlərlə ortaya çıxan bir vəziyyətdir. Bəzi xəstələrdə zaman keçdikcə güclənə, iş və hətta gündəlik həyatının sağlam şəkildə davam etməsinə mane olan səviyyəyə çata bilər. Bu səbəbdən daim xroniki yorğunluq problemi yaşayan insanlarda psixoloji və fizioloji müalicəyə ehtiyac vardır.

Bu mövzuda sabah seminar iştirakçılarına ətraflı məlumatlar veriləcək.

İştirak etmək istəyənlərdən Mərkəzlə əlaqə saxlamaları xahiş olunur.

Ətraflı məlumat üçün:
Əlaqə nömrəsi: +995 574 757 577