Fələstin-İsrail münaqişəsində onlarla jurnalist həlak olub

İsrail – Fələstin qarşıdurması zamanı öldürülmüş jurnalistlərin sayı 46-ya çatıb.

Bu barədə ISNA məlumat yayıb.

Bildirilib ki, atəş nəticəsində qadın və kişi olmaqla 46 jurnalist və media nümayəndəsi həlak olub.

Bundan əvvəl Jurnalistləri Müdafiə Komitəsi 2023-cü il oktyabrın 7-dən noyabrın 2-dək Fələstin-İsrail münaqişəsi zonasında “ən azı 36 jurnalistin” öldürüldüyünü bildirmişdi.