Marneulidə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib – FOTO
Marneuli şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konsert keçirilib.
Konsert Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin təşkilatçılığı ilə təşkil olunub.
İnteqrasiya Mərkəzinin icraçı direktoru Murad Muradov çıxış edərək Ulu Öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. Ümummilli Liderin gürcü xalqına və Gürcüstanda yaşayan Azərbaycanlılara hər zaman diqqət və qayğı göstərdiyini qeyd edib. Bu konsertin dahi şəxsiyyətin yubileyinə həsr olunmasını da Ulu Öndərə dərin hörmət və ehtiramın əyani sübutu olduğunu vurğulayıb.
Sonra Diaspora Komitəsinin şöbə müdiri Vüsal Məmmədov çıxış edərək dünyaşöhrətli siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyəti barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi nəticəsində Azərbaycan ilə Gürcüstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
O deyib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan Azərbaycanlılara daim diqqət və qayğı göstərir. Bugünkü konsert də bir növ həmin qayğının nümunəsidir.
Sonra Azərbaycandan gəlmiş incəsənət ustaları, Muğam müsabiqənin laureatı Ayşən Mehdiyeva “Qarabağ” , “Neynim”, “Nə mutlu türküm deyənə”, Tbilisili tarzən Rasim Pirməmmədov “Ay Laçın”, “Qarabağ”, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin solisti Fəxri Kazım Nicat “Azərbaycan”, Gürcüstanda yaşayan müğənni Şaban Məmmədov “Sarı gəlin”, Aşıq Nargilə “Aşıq havası” və Gürcüstan Azərbaycanlılarının rəqs ansamblı maraqlı konsert proqramı ilə çıxış ediblər.
Konsert proqramını Marneuli rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı, paytaxt Tbilisidən, Bolnisi, Qardabani və Rustavidən gəlmiş insanlar da izləyiblər.