Avropa Komissiyası Ukraynaya 100 milyon avroluq humanitar yardım ayırıb

Avropa Komissiyası (AK) Ukraynaya əlavə olaraq 100 milyon avro məbləğində humanitar yardım ayırıb.

RealNews.ge xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə AK-nın nümayəndəsi Balaş Uyvari Brüsseldə keçirdiyi brifinqdə bildirib.

“Ukraynada humanitar vəziyyət fəlakətlidir. Buna görə də Avropa Komissiyası ukraynalı qaçqınların həyat şəraitinin yaxşılaşdırılması üçün bu ölkəyə əlavə 100 milyon avro, Moldovaya isə 10 milyon avro yardım ayırıb”, – o vurğulayıb.