Nazirlik Ukraynada Rusiyanın iki gürcünü əsir götürməsini təsdiqləyib
Xarici İşlər Nazirliyi Ukraynada Rusiya tərəfindən iki Gürcüstan vətəndaşının əsir götürülməsini təsdiqləyib.
Məsələ ilə əlaqədar Nazirlik bəyanat yayıb.
Qurumun bəyanatında qeyd olunub ki, Gürcüstan tərəfi öz vətəndaşlarının hüquqlarının qorunması üçün Beynəlxalq Qızıl Xaç Komitəsi də daxil olmaqla bütün mümkün beynəlxalq mexanizmlərdən istifadə edəcək.