Hamamlı kəndində 18 yaşlı gənci qətlə yetirən 15 yaşlı azyaşlı həbs edilib

Dmanisi bələdiyyəsinin Hamamlı kəndində 15 yaşlı yeniyetmə qəsdən adam öldürmək ittihamı ilə həbs edilib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, istintaq zamanı noyabrın 15-də Hamamlı kəndində gənclər arasında qarşılıqlı mübahisənin baş verdiyi müəyyən olub. Bu zaman təqsirləndirilən şəxs 2005-ci il təvəllüdlü gəncə ürək və döş qəfəsi nahiyəsindən ölümcül xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

İsti izlərlə aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi gecə saatlarında həbs ediblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə istintaq davam etdirilir.

Saxlanılan şəxsi 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.