Gürcüstanda ilk azərbaycanlı qadın yol patrulu kimdir?
Gürcüstanda ilk azərbaycanlı qadın yol patrul inspektoru olan Səbinə Yusifovanı tanıyaq:
Əslən Marneulinin Keşəli kəndindən olan Səbinə Yusifova 2002-ci il sentyabrın 2-də Rustavi şəhərində anadan olub. Orta təhsilini 18 saylı tam orta məktəbdə Azərbaycan bölməsində alıb. Məktəbi əla qiymətlərlə bitirib. 2020-ci ildə isə Tbilisi Dövlət Tibb Universitetinə qəbul olub və hazırda 4-cü kursda oxuyur. 2021-ci ildə Tbilisi Texniki Universitetinin hüquq fakültəsinə qəbul olub və hər iki təhsilini paralel davam etdirir. Üstəlik, o, 2023-cü ildə Polis Akademiyasına daxil olub və hazırda Kvemo Kartli bölgəsində Rustavi şəhəri üzrə yol patrul inspektoru kimi çalışır.
Hazırda S.Yusifova Kvemo Kartli polis idarəsində yeganə azərbaycanlı patrul inspektorudur. Təhsilini isə davam etdirir.