Tbilisidə gərgin anlar: Çox sayda etirazçı saxlanılıb

Raça meşələri ilə bağlı bir qrup vətəndaş Marşal Qelovani prospektində Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi qarşısında aksiya keçirib.

Raça meşələri ilə bağlı nazirlə görüş tələb edən bir qrup etirazçı Nazirlik binası qarşısında çadırlar quraraq, yolu bağlamağa cəhd edib.

Ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurma yaşanıb.

Son məlumata görə, 13 nəfər aksiya iştirakçısı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlayıb.