Fuad Muradovdan növbəti Ana Vətən payı – FOTO
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tərəfindən Gürcüstanda yaşayan fiziki məhdudiyyətli şəxslərə yardım göndərilib.
Bu barədə Umut Yardım Fondunun təsisçisi Minurə Mustafayeva sosyal şəbəkə hesabında paylaşım edib.
Qeyd edilib ki, Komitə sədri Gürcüstanda yaşayan fiziki məhdudiyyətli şəxslərə ümumilikdə 12 ədəd əlil arabası hədiyyə edib. Bundan əvvəl də 10 əlil arabası Minura Mustafayevaya təhvil verilmişdi.