Yağış, qar, güclü külək… – PROQNOZ
Noyabrın 20-dən etibarən ölkə ərazisində hava şəraiti pisləşəcək.
Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Məlumata əsasən qeyri-sabit hava şəraiti noyabrın 22-si, gün sonunadək davam edəcək. Sinoptiklər ölkə ərazisində yağışlı havanın hökm sürəcəyini, yüksək dağlıq rayonlarda qar yağacağını və güclü qərb küləyinin əsəcəyini proqnozlaşdırırlar.
Gözlənilən yağıntılar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sürüşmələrə səbəb ola bilər.