Azərbaycanda “Global Woman Summit” konfransı işə başlayıb

Bakıda “Global Woman Summit” konfransı işə başlayıb.

RealNews.ge Azərbaycan mətbuatına istinadən xəbər verir ki, bununla bağlı keçirdiyi mətbuat konfransında təşkilatçılardan biri Vüqar Səfərli məlumat verib.

O qeyd edib ki, tədbirin keçirilməsində məqsəd qadınları biznesdə uğur qazanmağa həvəsləndirməkdir.

“Uğurlu qadınların nailiyyətləri ruhlandırmalıdır. Tədbirimizin məqsədi də budur”, – o vurğulayıb.

Qeyd edək ki, tədbirdə 30 ölkədən 60-dan çox nümayəndə iştirak edir.