“BEEZ” Uşaq Teatrında “Çoban” pyesi əsasında hazırlanmış tamaşanın premyerası baş tutub – FOTO

Qardabanidə fəaliyyət göstərən “BEEZ” Uşaq Teatrında Abdulla Şaiqin uşaqlar üçün yazdığı “Çoban” pyesi əsasında hazırlanmış tamaşanın premyerası baş tutub.

RealNews.ge xəbər verir ki, bu barədə “BEEZ” Uşaq Teatrı məlumatı yayıb.

Teatrın kiçik aktyor və aktrisaları Nuri Qurbanov, Zehra Akif, Seymur Muradov, Əzəm Əfəndiyeva və Məryəm Əliyeva öz rollarını məharətlə ifa ediblər.

Tamaşanı müəllimlər, valideynlər və sənət adamları izləyiblər.

Qeyd edək ki, “Çoban” tamaşası noyabrın 26-sı Tbilisidə, Mirzə Fətəli Axundovun ev muzeyində də nümayiş etdiriləcək.

Tamaşanın rejissoru “BEEZ” Uşaq Teatrının bədii rəhbəri Binəli İslamoğlu, rəssamı AzMus, geyim üzrə rəssamı isə Mahnur Ənvərdir.