“Gənc Liderlər Akademiyası” çərçivəsində növbəti görüş baş tutub – FOTO

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində “Gənc Liderlər Akademiyası” çərçivəsində növbəti görüş baş tutub.

RealNews.ge xəbər verir ki, bu barədə Mərkəzdən məlumat verilib.

Qeyd edilib ki, Mərkəzin bu həftəki qonağı Mülki İştirak və Aktivizm Mərkəzinin (CEAC) rəhbəri Rəşan Ziyadalıyev olub. O, layihə iştirakçılarına “Demokratiya quruculuğunda Yerli özünüidarəetmə və mülki iştirak” haqqında təlim keçib.

Görüşdə demokratiyanın əsas prinsipləri və gənclərin bu prinsiplər əsasında proseslərə daha aktiv şəkildə necə qatılacaqları haqqında müzakirə aparılıb.