Budapeştdə “Yaşıl beşlik” ölkələri energetika nazirlərinin görüşü başlayır

Bu dəqiqələrdə Budapeştin “Groupama” stadionunun konfrans zalında Azərbaycan, Gürcüstan, Bolqarıstan, Rumıniya və Macarıstanın daxil olduğu “Yaşıl dəhliz”in iştirakçı dövlətlərinin nümayəndələrinin dördüncü görüşü başlayır.

Görüş energetika nazirləri və ya energetika sektoruna məsul olan profil idarələrinin rəhbərləri səviyyəsində keçirilir.

Görüşdə Azərbaycanı Gürcüstanı, Bolqarıstanı, Rumıniya və Macarıstanı müvafiq olaraq bu ölkələrin energetika nazirləri Pərviz Şahbazov, Levan Davitaşvili, İva Petrova, Sebastyan Burduja və Peter Siyarto təmsil edirlər.

Tədbirin əvvəlində nazirlər bugünkü iclasın protokolunu imzalayacaq, görüşün sonunda isə iştirakçıların mətbuat konfransı keçiriləcək.