Baş nazir britaniyalı nazirlə regional təhlükəsizlik məsələlərini müzakirə edib – FOTO
Baş nazir İrakli Qaribaşvili Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri Leo Doçerti ilə görüşüb.
Bu barədə Gürcüstan Hökumət administrasiyası məlumat yayıb.
Bildirilir ki, görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, Gürcüstanın Avropaya inteqrasiyası müzakirə edilib. Söhbət zamanı ətraf mühitin mühafizəsi, regional təhlükəsizlik və sabitlik məsələləri də diqqət mərkəzində olub.
Baş nazir İrakli Qaribaşvili Gürcüstan ərazilərinin də işğal olunduğunu diqqətə çatdırıb və bildirib ki, Gürcüstan Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olmasında mühüm rol oyana bilər və rəsmi Tbilisi bu istiqamətdə səylərini davam etdirir.
O, regiondakı münaqişələrin həllinin təkcə Cənubi Qafqazda deyil, dünyada sabitliyə xidmət etdiyini vurğulayıb.