Nazir müavini: Azərbaycanla Gürcüstan Cənubi Qafqazın güclənməsi və inkişafı üçün çalışır
“Azərbaycanla Gürcüstan Cənubi Qafqaz regionunun güclənməsi və inkişafı üçün çalışır. Ümid edirik ki, birgə əməkdaşlığımız sayəsində regionda sülhün və sabitliyin qorunub saxlanmasına nail olacağıq”.
Bunu jurnalistlərə müsahibəsində Müdafiə nazirinin müavini Giorgi Xaindrava söyləyib. Nazir müavini deyib: “Azərbaycanla Gürcüstan dost və tərəfdaş ölkələrdir. Ölkələrimiz arasında uzun illərdir əlaqələr var və hər gün daha da möhkəmlənir. Bu gün Bakıdan gələn həmkarlarımızı “Delta” Dövlət Hərbi-Elmi Texniki Mərkəzi ilə tanış etdik. Onları istehsal etdiyimiz silah və texnikalar haqda məlumatlandırdıq. Düşünürəm ki, biz bu sahədə də səmərəli əməkdaşlıq edəcəyik”.